Azərbaycana bir ayda 238 min turist gəlib
BƏƏ (16.2%), Səudiyyə Ərəbistanı (101.3%) və İsraildən (70.1%) gələn qonaqların sayının artması ilə Yaxın Şərq regionundan 30 min xarici vətəndaş gəlib, bununla da 12% artım baş verib.
Cənubi Asiyadan Hindistan, Orta Asiyadan isə Türkmənistan müvafiq olaraq 95% və 144% artımla diqqət çəkir. Ümumilikdə Cənubi (35.4%) və Orta Asiyadan (44.2%) gələn səyahətçilərin sayı yüksək sürətlə artmaqdadır.
Türkiyədən gələn səyahətçilər üçün 10% artım müşahidə olunub - apreldə bu ölkədən gələnlərin sayı 25.2 min nəfər təşkil edib.
Yekun olaraq 2019-cu ilin ilk dörd ayının nəticələrinə görə Azərbaycanı ziyarət etmiş əcnəbilərin sayında artım mövcuddur. Belə ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə xarici qonaqların sayı 2 min nəfər artıb və hesabat dövrü ərzində ölkəni ümumən 848 min xarici vətəndaş ziyarət edib.
Azvision.az