“CinemaPlus”da Şərq gecəsi

“CinemaPlus”da Şərq gecəsi
  27 May 2019    Oxunub:1582
“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında Şərq gecəsi və çoxdan gözlənilən Disney şirkətinin məhsulu olan "Ələddin" filminin nümayişi keçirilib.
“CinemaPlus” -dan Azvision.az -a verilən məlumata görə, kinoteatr şərq üslubunda bəzədilibş
Dekorda Şərqin bütün atributlarından istifadə olunub. Qonaqlar kinoteatrın sehrli ab-havasına heyran olub tədbirdə məmnuiyyətlə iştirak ediblər.
Filmin nümayişində məşhur ifaçılar, şoumenlər, bloqqer və jurnalistlər qonaq olublar.

Filmin rejissoru Qay Riçi.

Baş rollarda: Mena Massud, Naomi Scott, Uill Smit, Billi Maqnussen.

Süjetin mərkəzində - Ələddin adında gənc oğru şahzadə xanım Jasmin ilə evlənmək üçün şahzadə olmaq istəyir. Bu vaxt isə Aqrabanın vəziri Cəfər Aqraba üzərində hakimiyyətə yiyələnmək niyyətindədir. Bunun üçün o, möcüzələr mağarasında saxlanılan sehirli lampanı əldə etməyə çalışır. Lampaya icazəsi olan yeganə şəxsi isə “qeyri-məhdud almaz” adlandırırlar və elə həmin adam Ələddinin özüdür.
Tədbirin təşkilində dəstək göstərmişdilər: Light in Black, “Brimix” tərəfindən şou program, dekor şirkətləri Lully`s Events Baku və Strafor kəsim, furşet şirkətləri Basilur və Fresh Azcake, oriyental “Rəqqasə Аygün”, Ideal Perfumery və Arabian Nights kosmetikası, Red Bull, 145 Group.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Azvision.az



Teqlər: “CinemaPlus”  





Xəbər lenti