YAP-çı deputatdan Cümhuriyyətlə bağlı iki təklif

  28 May 2019    Oxunub : 1506
YAP-çı deputatdan Cümhuriyyətlə bağlı iki təklif
Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri, deputat Aydın Mirzəzadə Azərbaycan Xalq Cümhuriyyətinin böyük tarixi rolunun qiymətlədirilməsi üçün iki təklif irəli sürüb.

AzVision.az xəbər verir ki, deputatın birinci təklifi Bakı şəhərində “Cümhuriyyət” prospektinin olması ilə əlaqədardır.
YAP rəsmisi bildirib ki, ya mövcud prospektlərdən birinin adını dəyişdirərək “Cümhuriyyət” adlandırmaq, ya da hansısa yeni prospektə bu adı vermək olar.

““Cümhuriyyət” prospekti o şanlı tarixi bir daha hər birimizin yadına salar, o tarixə yüksək hörmətimizi bir daha göstərərdi“.

A.Mirzəzadə, həmçinin Bakı şəhərində Cümhuriyyət rəhbərlərinin heykəl kompleksinin qurulması təklifini irəli sürüb: "Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə, Hacınski qardaşları, Xosrov bəy Sultanov və digərlərinin heykəl kompleksinin şəhərin mərkəzində ucaldılması Xalq Cümhuriyyətinin tarixinə bizim yüksək hörmətimizi bir daha nümayiş etdirmiş olardı”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: AXC   Aydın-Mirzəzadə