Heydər Əliyev Fondu Ağdamda iftar verib
İftar mərasimində çıxış edənlər ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, Ramazan ayının əhəmiyyətindən danışıb, milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmət rəmzi olan bu ayda Allahdan xalqımıza əmin-amanlıq, işğal altında olan bütün torpaqlarımızın tezliklə azad olunmasını, o torpaqlarda da dini ayinlərin icra edilməsini və iftar süfrələrinin açılmasını diləyiblər.
Bildirilib ki, Azərbaycanda İslam dəyərlərinə böyük hörmət bəslənilir. Həmrəylik, dostluq-qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazan bayramı digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da sevinclə qeyd edilir. Təşkil olunan iftar süfrələri ölkəmizdə hökm sürən ənənəvi tolerantlığı və xalqımızın sıx birliyini nümayiş etdirir.
İftar mərasimində Qurani-Kərimdən ayələr oxunub, dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb.
Azvision.az