Rusiya və Azərbaycan dəniz təlimləri keçirəcək

   Rusiya və Azərbaycan dəniz təlimləri keçirəcək
  28 May 2019    Oxunub:2427
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti bu il Azərbaycan Dövlət Sərhəd Xidməti ilə birgə dəniz təlimləri keçirəcək.
Bu barədə Sərhəd Xidmətinin rəis müavini Gennadi Medvedev məlumat verib. Onun sözlərinə görə, 2018-ci ildə Rusiya 9 beynəlxalq təlim keçirib. Bu təlimlərdə gəmilər Azərbaycan, Norveç, Yaponiya, Koreya Respublikasının limanlarına yan alıb.

Bu il nəzərdə tutulmuş dəniz təlimlərində Azərbaycanla yanaşı, Türkiyə, Norveç, Finlandiya, Estoniya, İsveç, Qazaxıstan və Koreya Respublikası da iştirak edəcək.

Azvision.az



Teqlər:





Xəbər lenti