ABŞ səfirliyindən Azərbaycan xalqına təbrik
“Əziz dostlar,
Biz Respublika Günü münasibətilə Azərbaycan xalqına səmimi qəlbdən təbriklərimizi çatdırmaq istəyirik. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşı olub.
Biz uzunmüddətli əməkdaşlığımızı davam etdirməyi və təhlükəsizlik, enerji və demokratik idarəetmə sahələrində işimizi dərinləşdirməyi və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsini gözləyirik. Respublika Günün mübarək, Azərbaycan!”, - təbrikdə deyilir.
Qeyd edək ki, bu gün Azərbaycan Cümhuriyyətinin yaranmasından 101 il ötür.
Azvision.az