Zərif Azərbaycana səfər edəcək
Musəvi bildirib ki, İran Azərbaycan ilə yaxın qonşu və dost dövlətdir. Rəsmi Tehran Bakı ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir. O qeyd edib ki, Zərifin Azərbaycana səfəri region dövlətlərinə etdiyi səfərlərin davamı olacaq. İran xarici siyasət kursunda region ölkələri ilə ikitərəfli münasibətlərin inkişafını hər zaman diqqətə saxlayır.
Departament rəhbəri onu da vurğulayıb ki, səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulub. Görüşlərdə iqtisadi, siyasi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə ediləcək. (AzərTAc)
Azvision.az
Teqlər: İran Zərif Azərbaycan Səfər XİN