Dudanın rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

  31 May 2019    Oxunub : 1560
 Dudanın rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Polşa Respublikasının Prezidenti Andjey Dudanın mayın 31-də rəsmi qarşılanma mərasimi olub.

Azvision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Polşa Respublikasının Prezidenti Andjey Dudanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudanı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Polşa Prezidentinə raport verib. Prezident İlham ƏliyevPrezident Andjey Duda fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Polşa Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Polşanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Andjey Dudaya, Polşa nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın qarşısından keçib. Prezidentlər rəsmi foto çəkdiriblər.


















Azvision.az

Teqlər: Polşa   Prezident