Nazir Dünya Bankının regional direktoru ilə görüşüb

Nazir Dünya Bankının regional direktoru ilə görüşüb
  04 İyun 2019    Oxunub:1586
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüş olub.
Azvision.az xəbər verir ki, nazir Sahil Babayev Prezident İlham Əliyevin sosial islahatlar proqramının yeni nailiyyətləri, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar barədə M.Tembona məlumat verib.

Nazir bildirib ki, aztəminatlı əhali qruplarının gəlir imkanlarının artırılmasına, onların kiçik sahibkarlığa çıxışına şərait yaradan özünüməşğulluq proqramına cəlb edilənlərinin sayı ötən il 6,5 dəfə artırılaraq 7267 nəfərə çatıb. Bu il isə proqrama 10 minədək işsiz və işaxtaran şəxsin cəlb edilməsi nəzərdə tutulub. Dünya Bankı ilə əməkdaşlıq imkanlarından istifadə edilməklə, gələn il üçün proqram iştirakçılarının sayının 15 minə çatdırılması hədəfi müəyyən edilib.

Xanım M.Tembon ölkəmizdə həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirlməsi sahəsində önəmli addımlar atılmaqla bərabər, bu qrupların səmərəli özünüməşğulluğuna, kiçik biznes imkanlarına yiyələnmələrinə şərait yaradılması üçün icra edilən özünüməşğulluq proqramının təqdirəlayiq olduğunu vurğulayıb. O, bu proqramın ildən-ilə daha çox ailəni əhatə etməsi üçün aparılan işlərdə Dünya Bankının öz dəstəyini vermək əzmində olduğunu qeyd edib.

Azvision.az



Teqlər: ƏƏSMN   Sahil-Babayev   Dünya-Bankı  





Xəbər lenti