Türkiyəli hərbçilər Naxçıvanın tarixi abidələri ilə tanış olublar

Türkiyəli hərbçilər Naxçıvanın tarixi abidələri ilə tanış olublar
  05 İyun 2019    Oxunub:2163
“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Naxçıvan Muxtar Respublikasının görməli yerlərini gəzib, tarixi-mədəni abidələrlə və muzeylərlə tanış olublar.
Azvision.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinin yaydığı məlumata əsasən, qonaqlar Heydər Əliyev Muzeyini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey komplekslərini, Naxçıvan Döyüş Şöhrəti Muzeyini, Duzdağ Fizioterapiya Mərkəzini ziyarət edərək zəngin təəssüratlarla ayrılıblar.



Türkiyəli hərbçilər gəzinti çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hissə və bölmələrində şəxsi heyətin sosial-məişət şəraiti, mövqelərdə aparılan döyüş növbətçiliyi ilə yaxından tanış olublar.





Azvision.az



Teqlər: Naxçıvan   Təlim  





Xəbər lenti