Bakıda 22 yaşlı oğlan qatarın altında qaldı

Bakıda 22 yaşlı oğlan qatarın altında qaldı
  05 İyun 2019    Oxunub:3475
Biləcəri rayonu, Dəmir yol stansiyasında “Daş bazarı” yaxınlığında 22 yaşlı oğlanı qatar vurub.

Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə ilə bağlı təcili tibbi yardıma çağırış saat 05.51-də daxil olub.
“Hadisə yerinə gələn həkim briqadası piyadanın ayaqlarının qatar altında qaldığını görüb. Ağır xəsarət alan gənc dərhal Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna çatdırılıb. Müayinədən sonra həkimlər yaralının hər iki ayağını amputasiya etmək məcburiyyətində qalıblar. Baş vermiş hadisə barədə Binəqədi rayon polis idarəsinə məlumat verilib”, - nazirliyin məlumatında qeyd olunub.

Azvision.az



Teqlər: Qatar   Qəza  





Xəbər lenti