DANX avtobus sürücülərinə müraciət edib

  05 İyun 2019    Oxunub : 923
DANX avtobus sürücülərinə müraciət edib
Ramazan bayramının ilk günlərində paytaxt Bakıdan regionlara axınla müqayisədə nisbətən az olsa da, gücləndirilmiş iş rejimi tam qaydada 56 avtovağzal və avtostansiyamızda davam edir.
Azvision.az -ın məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib. Onun sözlərinə görə,ümumilikdə regionlardan paytaxta iyunun 4-dən 5-nə qədər 14908 nəfər sərnişin daşınıb.

"Qaynar xəttimiz və regional avtovağzallardakı məlumat bürolarımız sizdən daxil ola biləcək bütün müraciətlər və şikayətləri qəbul etmək üçün bayram günlərində də iş başında olacaqlar. Bayramın son günü regionlarımızdan paytaxta səfər edəcək sərnişinlərin daha çox olacağını nəzərə alaraq sərnişinlərin yarana biləcək suallarını cavablandırmaq üçün DANX-ın bir qrup aidiyyatı şöbə üzrə səlahiyyətli nümayəndələri axının çox olacağı region avtovağzallarımıza ezam olunacaq".

Qurum rəsmisi avtobus sürücülərinə də müraciət edib."Bayram günlərində magistral yollardakı sıxlığı nəzərə alaraq idarə etdikləri avtonəqliyyat vasitəsinin sürət həddini aşmasınlar! Bu əziz günlərdə insanları faciə ilə üzbəüz qoymasınlar!".

Azvision.az

Teqlər: Avtobus   DANX