Naxçıvanda 1099 nəfər işlə təmin edilib

Naxçıvanda 1099 nəfər işlə təmin edilib
  05 İyun 2019    Oxunub:1909
2019-cu ilin ötən dövrü ərzində “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası davam etdirilib. İlin əvvəlində muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılıb və boş iş yerləri müəyyənləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbinə uyğun olaraq keçirilən peşə kurslarına 8-i sağlamlıq imkanlarıməhdud şəxslər olmaqla, ümumilikdə, 118 nəfər kurslara cəlb edilib. Bununla yanaşı, həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində
32-si sağlamlıq imkanları məhdud şəxs olmaqla, 1099 nəfər iqtisadiyyatın müxtəlifsahələrində işlə təmin
edilib.

Bu dövrdə 115 nəfər müvəqqəti, 64 işaxtaran sosial əhəmiyyətli haqqıödənilən ictimai işlərə cəlb edilib. Onlardan 10-u sağlamlıq imkanları məhdud şəxsdir.

Azvision.az


Teqlər: Naxçıvan   İş  





Xəbər lenti