Köməksiz qalan 3 nəfər xilas edildi

Köməksiz qalan 3 nəfər xilas edildi
  05 İyun 2019    Oxunub:1688
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi və Nizami rayonlarında ayrı-ayrı ünvanlarda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Azvision.az




Teqlər: FHN   Kömək   Lift  





Xəbər lenti