6 il əvvəl törədilən cinayətin üstü açılıb

  07 İyun 2019    Oxunub : 904
 6 il əvvəl törədilən cinayətin üstü açılıb
Polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində 6 il əvvəl törədilən cinayətin üstü açılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, 2013-cü ilin dekabr ayında Y.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşən şəxs avtomobilin təhlükəsizlik kəmərini onun boğazına keçirib boğacağı ilə hədələyərək 100 manat pulunu, 2 ədəd mobil telefonunu və avtomobilin açarını alıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunan E.Çərkəzov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   cinayət