Kursantlar üçün dövlət imtahanları keçirilir - VİDEO

Kursantlar üçün dövlət imtahanları keçirilir -    VİDEO
  08 İyun 2019    Oxunub:1788
Səhra təlim mərkəzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin motoatıcı ixtisası üzrə 4-cü kurs kursantları üçün dövlət imtahanları keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, kursantlar dörd təhsil ili müddətində hazırlıq keçərək qazandıqları bilik və bacarıqları nümayiş etdirirlər.

Gələcəyin zabitləri sinif otaqları və xüsusi hazırlanmış məntəqələrdə ixtisasları və rəhbər sənədləri bilmələri üzrə nəzəri, çöl şəraitində isə taktiki və atış hazırlığı, döyüş texnikasının istismarı, müxtəlif çaplı silahların təyinatı və sökülüb-yığılması üzrə praktiki imtahanlar verirlər.



Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   Kursant   İmtahan  





Xəbər lenti