Adil Şirinov Rusiyada yeni vəzifəyə təyin edildi

   Adil Şirinov Rusiyada yeni vəzifəyə təyin edildi
  11 İyun 2019    Oxunub:3421
Azərbaycanlı Adil Şirinov "Aurus" şirkətinə rəhbər təyin edilib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.

“Aurus” şirkəti “Kortej” layihəsi çərçivəsində prezident limuzinləri istehsal edir. Adil Şirinov bu vəzifəyə təyin edilənə qədər “Sollers” şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodun (UAZ) baş direktoru vəzifəsində çalışırdı.

Qeyd edək ki, Şirinov 1964-cü ildə Bakıda anadan olub, Nijni Novqorod Xarici Dillər İnstitutunu və Sankt-Peterburq Beynəlxalq Menecment İnstitutunu bitirib.

Rusiyada avtomobil istehsalı sahəsində qabaqcıl mütəxəssislərindən sayılan A.Şirinov “Ford Sollers” birgə müəssisəsində bir sıra mühüm layihələrə rəhbərlik edib.

Azvision.az



Teqlər: Adil-Şirinov  





Xəbər lenti