Liftdə qalan 6 nəfər xilas edilib

Liftdə qalan 6 nəfər xilas edilib
  11 İyun 2019    Oxunub:1430
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi və Nərimanov rayonlarında ayrı-ayrı ünvanlarda 6 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Azvision.az



Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti