Bakı-Sumqayıt qatarında kondisioner “problemi”

  Bakı-Sumqayıt qatarında kondisioner “problemi”
  11 İyun 2019    Oxunub:1973
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında kondisioner sisteminin salonu həddən artıq soyutması bəzi sərnişinlərin narazılığına səbəb olub. Sərnişinlər bildirirlər ki, qatarlarda soyuqdan oturmaq mümkün deyil. Hətta buna görə xəstələnənlərin də olduğu deyilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən sərnişinlərin narazılığı ilə bağlı Azvision.az -a bildirilib ki, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarında kondisionerlər sanitar-gigiyenik normalara uyğun olaraq avtomatik rejimdə tənzimlənir.

“Salonda temperatur 22-25 dərəcəyə çatanda kondisioner işə düşür. Yəni soyuqluq salonun temperaturundan asılı olaraq artır, insan əli ilə tənzimlənmir”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qatar   Kondisioner   Sumqayıt  





Xəbər lenti