İcra başçısı Zabit Səmədovla görüşüb
Niyazi Bayramov qeyd edib ki, Gəncə 2019-cu il üçün Avropanın İdman Şəhəri titulunu daşıyır.İl ərzində şəhər müxtəlif yerli və beynəlxalq idman tədbirlərinə ev sahibliyi edəcək. O həmçinin bildirib ki, Gəncədə böyük idman sarayının inşası davam etdirilir. İdman sarayı və ərtafında salıcanaq idman şəhərciyi bu sahənin inkişafına böyük təkan olacaq.
Zabit Səmədov Gəncədə idman sarayı və şəhərciyinin inşasını təqdirəlayiq hal kimi qiymətləndirib. Avropanın İdman Şəhəri seçilməsini isə Gəncənin uğuru hesab edib. Peşəkar döyüşçü Gəncədə idmanın daha da inkişaf etdirilməsi üçün atıla biləcək addımlardan danışıb.Söhbət bu mövzu ətrafında aparılan müzakirələrlə davam edib.
Azvision.az
Teqlər: Gəncə Zabit-Səmədov