“Turan TV”nin əməkdaşı Almaniyadan deportasiya edildi

   “Turan TV”nin əməkdaşı Almaniyadan deportasiya edildi
  12 İyun 2019    Oxunub:5350
Fransada fəaliyyət göstərən “Turan TV”nin əməkdaşı Vüqar Niftiyev Almaniyadan deportasiya edilib.
Azvision.az xəbər verir ki, “Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, sığınacaq üçün Almaniyaya müraciət edən jurnalist V.Niftiyev rədd cavabı alıb.

Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) ötən ay azərbaycanlı jurnalist haqqında deportasiya qərarı çıxarıb.

“Turan TV”də yayımlanan “Azərbayacan Saatı” verlişi üçün çalışan jurnalist ötən gün polislərin müşayiəti ilə Düsseldorf hava limanına gətirilib.

Ukraynanın paytaxtı Kiyevə yola salınan jurnalistin oradan Azərbaycana göndərilməsi gözlənilir.

Azvision.az


Teqlər:





Xəbər lenti