Prezident konfrans iştirakçılarına məktub ünvanladı

 Prezident konfrans iştirakçılarına məktub ünvanladı
  12 İyun 2019    Oxunub:2551
Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya texnologiyaları konfransı və sərgisi (WCO IT/TI Conference & Exhibition) keçirilir.

Azvision.az xəbər verir ki, konfransda iştirak edən Baş nazir Novruz Məmmədov Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub.
Prezidentin məktubunda bildirilib ki, Azərbaycanda gömrük sistemində şəffaflığın təşkili və bu sistemdə informasiya- kommunikasiya texnologiyalarının tətbiqi sahəsində bir çox işlər görülüb.

Qeyd olunub ki, ölkə başçısı bu cür konfrans və sərgilərin keçirilməsini alqışlayır və belə konfransların yeni əməkdaşlığa töhvələr verəcəyinə əmindir.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Gömrük   Konfrans  





Xəbər lenti