“Artıq heç kimə müraciət etməyə ehtiyac olmayacaq” - Komitə sədri

“Artıq heç kimə müraciət etməyə ehtiyac olmayacaq” -  Komitə sədri
  12 İyun 2019    Oxunub:1998
Sabah Dövlət Gömrük Komitəsi (DGK) ilə ABŞ-ın IBM şirkəti arasında anlaşma memorandumu imzalanacaq.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, yeni müqavilə blokçeyn texnologiyasının gömrük sahəsində tətbiqini genişləndirməyə imkan verəcək:

"Artıq bundan sonra biz hansı konteynerin harada olması haqqında məlumat əldə edəcəyik. Bunun üçün isə heç kimə müraciət etməyə ehtiyac olmayacaq. Bütün məlumatlar bizim sistemə avtomatik inteqrasiya ediləcək".

DGK sədri deyib ki, ilin sonuna qədər bu razılaşmanın tətbiqi mümkün olacaq.

S.Mehdiyev, həmçinin digər ölkələrlə də blokçeyn texnologiyalarının tətbiqi sahəsində anlaşmaq üçün hazırlaşdıqlarını əlavə edib:

"Bundan başqa, Azərbaycan bir çox dövlətlərlə blokçeyn texnologiyasının layihəsi üzərində ikitərəfli və çoxtərəfli şəkildə işləyir. Xüsusən adı GUAM ölkələrini təmsil edən təşkilatla layihəmiz artıq başlayıb. Layihəni Ukrayna ilə Azərbaycan birgə həyata keçirir. Gürcüstanla Moldova da ona dəstək verir. Normal bir model ortaya qoymaqla, o texnologiyanın üstünlüklərindən istifadə edəcəyik".

Anar Kəlbiyev
Azvision.az



Teqlər: DGK   Gömrük   Komitə   ABŞ  





Xəbər lenti