Gömrükdə qaçaqmalçılığın qarşısı alınıb

  21 İyun 2019    Oxunub : 1108
Gömrükdə qaçaqmalçılığın qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda müxtəlif malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 noutbuk, 2 saat və 2 mobil telefon gətirdiyini bəyan edib. Lakin yoxlama zamanı vətəndaşa məxsus baqajlardan bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən xeyli miqdarda elektronika malları – 15 “qulaqlıq”, 4 səsgücləndirici, 6 fotoaparat, 5 oyun diskləri, 6 “driver”, 2 plata, 27 hard disk, 3 ştrix kod oxuyucu, 16 ətir, 4 videokart, 14 RAM, 47 fləşkart, 2 proyektor, 6 qol saatı, 63 kiçik ölçülü prosessor aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: