Komitə sədri məcburi köçkünlərlə görüşüb

Komitə sədri məcburi köçkünlərlə görüşüb
  22 İyun 2019    Oxunub:1424
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün yeni istifadəyə verilmiş qəsəbədə görüş keçirib.
Bu barədə Azvision.az -a Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsinin sədri qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin mühüm istiqamətləri, görülən işlər, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələr barədə danışıb. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür, Bakıda və regionlarda yeni yaşayış kompleksləri inşa edilir. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

Rövşən Rzayev görüşdə iştirak edən məcburi köçkünlərin çoxsaylı müraciətlərini dinləyib, suallarını cavablandırıb. Müraciətlər mənzil-məişət şəraiti və su təchizatının yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi, iş yerlərinin açılması və s. məsələlərlə bağlı olub. Yazılı və şifahi müraciətlərin hər biri qeydə alınıb. Onlara Dövlət Komitəsində baxılacağı, müvafiq qaydada rəsmi cavab veriləcəyi bildirilib.

Görüşdə çıxış edən məcburi köçkünlər dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edib, ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Azvision.az


Teqlər: Komitə   Sədr  





Xəbər lenti