“Bütün imkanlar tam səfərbər olunacaq” - Əli Nağıyev

  21 İyun 2019    Oxunub : 23757
 “Bütün imkanlar tam səfərbər olunacaq” - Əli Nağıyev
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yeni rəisi Əli Nağıyev ona göstərilən etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Azvision.az -ın məlumatına görə, bu gün DTX-nın kollektivinə təqdim olunan Ə.Nağıyev deyib ki, Ali Baş Komandanın müdrik rəhbərliyi altında doğma kollektivlə çiyin-çiyinə Azərbaycanın milli maraqlarının və dövlət təhlükəsizliyinin etibarlı təmin olunması naminə şərəflə xidmət üçün bütün imkanlar bundan sonra da tam səfərbər olunacaq.

Ə.Nağıyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin şanlı vətənpərvərlik və peşəkarlıq irsi Dövlət Təhlükəsizliyi Xidmətində şəxsi heyət tərəfindən daim uca tutulacaq, xalqa və dövlətə sədaqətlə xidmətin əsas prinsiplərini təşkil edəcək.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

Azvision.az

Teqlər: Əli-Nağıyev   DTX