“Vətəndaşların rifahının yüksəldilməsi başlıca vəzifədir” - Sahil Babayev

 “Vətəndaşların rifahının yüksəldilməsi başlıca vəzifədir” -  Sahil Babayev
  22 İyun 2019    Oxunub:2059
"Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam edir. Pensiya və müavinətlər, əhalinin ən müxtəlif təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət başçısının imzaladığı çoxsaylı Fərman və Sərəncamlar, xüsusilə bu ilin əvvəlindən həyata keçirilən sosial islahatlar dövlətin bu istiqamətdə davamlı siyasətinin nəticəsi hesab olunur".
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsı naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, Azərbaycan dövləti vətəndaşların rifahının yüksəldilməsini, onların daha yaxşı yaşamasını təmin etməyi başlıca vəzifə hesab edir:

"Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində sosial sahə, əhalinin rifah halının yaxşılaşdırlması dayanır. Həyata keçirilən islahatlar, icra olunan çoxsaylı proqramlar - reallaşan sosialyönümlü layihələrdə də məqsəd budur. Bu siyasətin əsas özəlliklərindən biri də onun ardıcıl, davamlı xarakter daşıması və əhalinin ən müxtəlif təbəqələrini əhatə etməsidir".

Azvision.az


Teqlər: SahilBabayev   Nazir  





Xəbər lenti