Ali Hərbi Məktəbdə buraxılış mərasimi keçirilib
Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov çıxış edərək əlamətdar gün münasibətilə məzunları və onların valideynlərini Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, gənc zabitlərə cansağlığı, ailə səadəti və xidmətdə uğurlar arzulayıb.
Sonra məktəbin məzunlarına diplomlar və fərqlənənlərə qiymətli hədiyyələr təqdim olunub.
Məktəbi yüksək nailiyyətlərlə bitirən məzunlar emblemləri rəmzi yaş kötüklərinə vurublar. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib. Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Tədbirə toplaşanlar diplom və ilk “leytenant” hərbi rütbəsi almaları münasibətilə məzunları təbrik edib, onlara Azərbaycanın gələcəyi, ordumuzun inkişafı, dövlətçiliyimizin müdafiəsi və ölkənin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində uğurlar arzulayıblar.
Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edildikdən sonra şəxsi heyət hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.
Azvision.az
Teqlər: MN