Bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib - VİDEO

  22 İyun 2019    Oxunub : 1020
Bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib - VİDEO
İyunun 22-də Silahlı Qüvvələr Günü ərəfəsində hərbi hissələrdə “Açıq qapı” günü keçirilib.
Azvision.az xəbər verir ki, Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə keçirilən tədbirlərdə qonaqlar şəxsi heyət üçün yaradılan yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.



Hərbi hissələrin komandanlığının valideynlərlə təşkil olunan görüşlərində, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb və sualları cavablandırılıb. Təqdim edilən konsert proqramlarından sonra hərbçilər və qonaqlar üçün bayram süfrələri təşkil olunub.

Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi