“Megafun”da helium şarları partlayıb - Xəsarət alanlar var

  22 İyun 2019    Oxunub : 2106
 “Megafun”da helium şarları partlayıb - Xəsarət alanlar var
Bakının Xətai rayonunda yerləşən “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib.

Qeyd edək ki, hadisə zamanı ikisi azyaşlı olmaqla 6 nəfərin yüngün bədən xəsarətləri aldığı bildirilir.

Azvision.az

Teqlər: Meqafun   FHN