“Azərbaycan beynəlxalq təşəbbüslərin fəal üzvüdür” - Xidmət rəisi
Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov BMT-nin Dövlət Xidmətləri Forumunda keçirilən seminarda çıxışı zamanı deyib.
DMX rəisi dövlət xidmətlərinin əlaqələndirilmiş tətbiqində "ASAN xidmət" modelindən danışaraq qeyd edib ki, bu sistem müxtəlif dövlət qurumları ilə münasibətlərdə şəffaflığın artırılmasına öz töhfəsini verəcək: "Bizim dövlət qurumları ilə əlaqələndirilmiş yanaşmada əsas problemimiz onların fərqli bacarıqlarda olmasıdır. Buna görə də onlarda eyni bacarıqları formalaşdırmağa ehtiyac var. Biz dövlət xidmətləri sahəsində yeni nailiyyətlər gözləyirik”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: DMX Vüsal-Hüseynov