Gömrükçülər narkotik alverçisini tutdular

  25 İyun 2019    Oxunub : 784
Gömrükçülər narkotik alverçisini tutdular
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə İrandan Azərbaycana qeyri-qanuni yollarla gətirilmiş narkotik vasitələrin realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub.
Komitədən Azvision.az -a verilən məlumata görə, məlumat əsasında Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşı Rəsulova İntizar Eldar qızı sellofan torbada narkotik vasitə olan bağlamaları şərti alıcıya satmaq istəyərkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılıb.

Baxış zamanı vətəndaşa məxsus torbanın içərisində 2 ədəd bağlamada, sellofan paketlərə qablaşdırılmış spesifik qoxuya malik, ümumi çəkisi 990 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılaraq Rəsulova İntizar Eldar qızı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azvision.az

Teqlər: DGK