Polşa səfiri Azərbaycandan gedir
Səfir Marek Tsalka Polşa Respublikasının beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini vurğulayaraq ölkəsinin Azərbaycan Respublikasının beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha ifadə edib.
Görüş zamanı tərəflər habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar.
Nazir Elmar Məmədyarov səfir Marek Tsalkenin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib. O, Polşa səfirinə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Azvision.az
Teqlər: XİN Məmmədyarov