Bakıda 5 nəfər dönərdən zəhərlənib

   Bakıda 5 nəfər dönərdən zəhərlənib
  26 İyun 2019    Oxunub:3013
Bakının Nizami rayonu, Babək prospekti 65 ünvanında yerləşən dönərxanada zəhərlənmə olub.

Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 5 nəfər dönərdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlardan ikisinin 33, digərlərinin 30, 26 və 24 yaşları var. 2 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına, 3 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda müalicələri davam edir.

Azvision.az



Teqlər: Dönər   Zəhərlənmə   Xəstəxana  





Xəbər lenti