Asiya bazarı Azərbaycan turizmi üçün prioritetdir
Tədbirdə vurğulanıb ki, Asiya bazarı Azərbaycan turizmi üçün prioritet istiqamətdir və imzalanan memorandum bu regiondan Azərbaycana daha çox turistin cəlb edilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Tədbirdə Mərkəzi Asiyanın Sənaye Turizmi Assosiasiyasının rəhbər şəxləri ilə yanaşı, yerli turizm şirkətlərinin nümayəndələri də iştirak ediblər.
Hər iki qurum bundan sonra da turizm sahəsində faydalı əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi üçün lazımi işlərin görüləcəyini bildirib .
İmzalanmadan öncə Mərkəzi Asiyanın Sənaye Turizmi Assosiasiyasının nümayəndələri yerli turizm şirkətlərinin iş fəaliyyəti ilə tanış olublar. Onlara Azərbaycanın turizim potensialı haqda geniş məlumat verilib.
Azvision.az