İrəvanda Koçaryanın tərəfdarları etiraza qalxdı - FOTOLAR

  04 İyul 2019    Oxunub : 1302
 İrəvanda Koçaryanın tərəfdarları etiraza qalxdı - FOTOLAR
İrəvanda hökumət binasının qarşısında Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın tərəfdarları etiraz aksiyası keçirir.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, nümayişçilər Koçaryana açılan cinayət işinin qurama olduğunu bildirib, eks-prezidentin dərhal azad edilməsini tələb ediblər.
Hökumət binası polislər tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, Robert Koçaryan ölkədə konstitusion quruluşu devirməkdə təqsirli bilinib və ona qarşı 2008-ci ilin mart hadisələri ilə əlaqədar cinayət işi açılıb.









Şahanə Rəhimli
Azvision.az

Teqlər: İrəvan   Etiraz