Sumqayıt-Bakı qatarında problem yaranıb - Yenilənib

  05 İyul 2019    Oxunub : 1516
 Sumqayıt-Bakı qatarında problem yaranıb - Yenilənib
Sumqayıt-Bakı elektrik qatarının hərəkətində ləngimə qeydə alınıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətindən Azvision.az-a verilən məlumata görə, dəmir yolunun Biləcəri-Keşlə mənzilinin kontakt şəbəkəsində yaranmış nasazlıqla əlaqədar elektrik qatarının hərəkəti 26 dəqiqə ləngiyib.
Problem artıq aradan qaldırılıb. Hazırda qatarlar nəzərdə tutulan qrafiklə hərəkət edir.

***
Sumqayıt-Bakı sürət qatarının hərəkətində problem yaranıb.

Azvision.az -ın məlumatına görə, qrafikə əsasən saat 08:45-də Sumqayıt stansiyasına çatmalı olan qatar 09:16-da gəlib. 09:05 Sumqayıtdan Bakı istiqamətində gəlməli olan qatar isə gecikmə ilə 09:23-də yola düşüb. Qatarların texniki səbəbdən gecikdiyi bildirilir.

Azvision.az

Teqlər: Bakı   Sumqayıt   Qatar