Peşə təhsili ilə bağlı yenilik - Sənəd Nazirlər Kabinetinə göndərildi

    Peşə təhsili ilə bağlı yenilik    - Sənəd Nazirlər Kabinetinə göndərildi
  05 İyul 2019    Oxunub:2223
Qeyri-formal və informal yolla əldə edilmiş səriştələrin qiymətləndirilməsi və tanınması mexanizmi ilə bağlı sənəd müvafiq qurumlarla razılaşdırılıb və Nazirlər Kabinetinə göndərilib.
Bunu Azvision.az -a açıqlamasında təhsil nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, qeyri-formal və informal yolla əldə edilmiş səriştələrin qiymətləndirilməsi və tanınması üçün 4 mərhələli sistem tətbiq ediləcək.



“Bununla xüsusi qurum - Peşə Təhsili üzrə Dövlət Agentliyi məşğul olacaq. Həmin şəxslərə onların bilik və bacarıqlarının tanınması ilə bağlı dövlət nümunəli sənəd verəcəyik. Bu, peşə təhsili pilləsinə bərabər olan sənəd olacaq. Həmin sənədlə əmək bazarında işləyə və ya təhsillərini davam etdirə biləcəklər", - İ.İsayev qeyd edib.

Aytən Zəhra
Azvision.az



Teqlər: İdris-İsayev   Peşə   Təhsil  





Xəbər lenti