“Ağacların kəsilməsinə imkan verilməsin” - Baş nazirin müavini
O bildirib ki, Azərbaycan qanunvericiliyində ağacların qanunsuz kəsilməsinə görə inzibati və daha ağır tədbirlərin görülməsi nəzərdə tutulur: “Müvafiq qurumlar öz üzərlərinə düşən vəzifələri və öhdəlikləri layiqincə yerinə yetirməlidirlər ki, ağacların kəsilməsinə imkan verilməsin. Əlbəttə, Azərbaycanda iqtisadiyyat inkişaf etdikcə, yeni iş yerləri açıldıqca, müəssisələr işə salındıqca əlavə yerlər lazım olur. Təbii ki, bunların heç biri ağacların kəsilməsi hesabına olmamalıdır. Çünki bu ağaclar hər bir vətəndaşın sağlam ekoloji mühitdə yaşaması üçün lazımdır. Hazırda geniş miqyasda ağaclar əkilir, yaşıllıq zolaqları salınır ki, havanın təmizliyi təmin edilsin".
Azvision.az
Teqlər: ƏliƏhmədov Başnazirinmüavini