Azad Rəhimov Qubada qəbul keçirib
Vətəndaşların müraciətləri əsasən Gənclər evlərinin fəaliyyəti, Olimpiya İdman komplekslərinin, eyni zamanda, digər idman qurğularının tikintisi və təmiri, idman avadanlığı ilə təchizat, işlə təminat, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi və sair məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, bəziləri baxılması üçün icraya yönəldilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.
Azvision.az