Binəqədidə mebel sexi yanıb

  16 İyul 2019    Oxunub : 824
Binəqədidə mebel sexi yanıb
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 340 m² olan birmərtəbəli 6 otaqdan ibarət tikilinin (mebel təmiri sexi kimi fəaliyyət göstərir) 2 otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın