Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi işdən çıxıb

  16 İyul 2019    Oxunub : 6354
 Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi işdən çıxıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov vəzifəsindən ayrılıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov faktı Azvision.az -a təsdiqləyib.

Onun sözlərinə görə, E.Cəfərov başqa işə keçməsi ilə əlaqədar işdən çıxıb. F.Talıbov onun yerinə hələ təyinat olmadığını qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN   Əməkmüfəttişliyi