Baxtadzenin Keşikçidağ açıqlaması: “Çox həssas məsələdir”

Baxtadzenin Keşikçidağ açıqlaması:    “Çox həssas məsələdir”
  17 İyul 2019    Oxunub:2889
Gürcüstanın Baş naziri Mamuka Baxtadze iki gün əvvəl Keşikçidağ kompleksi ərazisində baş verən hadisəyə münasibət bildirib.
Baş Nazir hökumətin bugünkü iclasından əvvəl keçirdiyi brifinqdə deyib ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiya fəaliyyətini yaxın bir neçə həftə ərzində bərpa edəcək.

Ölkə vətəndaşlarını komissiyanın və aidiyyəti qurumların sakit şəraitdə işləməsinə imkan verməyə dəvət edən Baş nazir deyib: “Müvafiq qurumlar gündəlik olaraq Azərbaycan rəsmiləri ilə əlaqə saxlayırlar. İki gün bundan öncə təəssüfdoğurucu insident baş verib. Bu, hər birimiz üçün çox həssas məsələdir və mən hamıdan komissiyanın və müvafiq qurumların normal rejimdə fəaliyyətlərini davam etdirməsinə imkan verməyi xahiş edirəm”.

Azvision.az



Teqlər: Baxtadze   Keşikçidağ  





Xəbər lenti