Dünənki yanğın Ermənistan tərəfindən törədilib - Müdafiə Nazirliyi

   Dünənki yanğın Ermənistan tərəfindən törədilib -    Müdafiə Nazirliyi
  17 İyul 2019    Oxunub:3102
İyulun 15-də axşam saatlarında Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd Ermənistanın Vayots Dzor vilayətinin Xaçik kəndi arasındakı neytral ərazidə kənd sakinləri tərəfindən söndürülən yanğın zamanı onların guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə məruz qaldıqları barədə erməni mətbuatının yaydığı məlumata Müdafiə Nazirliyindən münasibət bildiriblər.
Nazirlikdən Ordu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sərhədyanı ərazilərdə ermənilər tərəfindən təxribat məqsədilə mütəmadi olaraq yanğınlar törədilir və dünənki yanğın da məhz onların özləri tərəfindən törədilib.

"Lakin yanğının Ermənistan istiqamətində yayılması küləyin səmtinin dəyişəcəyinin ermənilər tərəfindən nəzərə alınmamasının nəticəsidir. Məqsəd son günlər qoşunların təmas xəttində müşahidə olunan nisbi sakitliyi pozmaq, danışıqlar prosesinə zərbə vurmaq və beynəlxalq təşkilatlar qarşısında Azərbaycan haqqında mənfi rəy yaratmaqdır.

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri atəşkəs rejiminə ciddi riayət edir, yaşayış məntəqələrinə və mülki əhaliyə atəş açmır, əksinə Naxçıvan ilə sərhəd Ermənistanın Vayots Dzor vilayətinin Xaçik kəndi arasındakı neytral ərazidə baş vermiş yanğının mütəşəkkil söndürülməsinə də tərəfimizdən lazımi şərait yaradılıb", - deyə açıqlamada qeyd olunub.





Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Yanğın  





Xəbər lenti