Nəsimidə 16 otaqlı evdə yanğın olub

Nəsimidə 16 otaqlı evdə yanğın olub
  17 İyul 2019    Oxunub:1217
Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 1400 m² olan dördmərtəbəli 16 otaqlı evin 4-cü mərtəbəsində texniki otaqda su qızdırıcısı, elektrik lövhəsi, işıq generatoru və lambirindən ibarət tavan 5 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: Bakı   Yanğın  





Xəbər lenti