Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib

  17 İyul 2019    Oxunub : 871
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən hərbi birliyin birləşmə və hərbi hissələrinin tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilib.
Müdaidə Nazirliyindən (MN) Azvision.az -a verilən məlumata görə, toplantıya cəlb edilən zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, sürücülük və atəş bacarıqları yoxlanılıb.

Fiziki hazırlıqdan və müxtəlif ixtisaslar üzrə məqbullar götürülən zaman zabitlər yüksək nəticə göstəriblər.

Təlim-metodiki toplantının sonunda tabor, divizion komandirləri və onların müavinləri gecə şəraitində döyüş atışlı təlim zamanı bölmələrin və atəşin idarə edilməsi üzrə tapşırıqları icra ediblər.


Azvision.az

Teqlər: MN   Təlim