Fermerlərin 82 milyonluq aqrobiznes layihəsi dəstəklənib
Sədr bildirib ki, texnika alan fermerlər əvəzindən 27.1 milyon manat vəsait AKİA tərəfindən təchizatçılara subsidiya kimi köçürülüb. Onun sözlərinə görə, texnika alışı üçün 236 fermerə 12.67 milyon manat məbləğində güzəştli kredit ayrılıb.
"Deyə bilərik ki, aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb. Əgər ötən ilin sonlarınadək kənd təsərrüfatı texnikası bazarında yalnız bir təchizatçı vardısa, hazırda bu təchizatçıların sayı 35-dir və istəyən hüquqi və fiziki şəxs bu bazara sərbəst daxil ola bilər”.
Agentlik sədri qeyd edib ki, 2018-ci ilin ilk yarımilində 62.8 milyon manatlıq kənd təsərrüfatı texnikası satılmışdısa, bu il bu rəqəm 12% artıq – 70.7 milyon manat olub.
"Bildiyiniz kimi, bu il biçin mövsümü fermerlər üçün məhsul itkisi olmadan başa çatıb. Bunun səbəbi Aqrolizinq ASC-nin uğurlu dislokasiya planı ilə yanaşı, həm də fermerlərdə özəl kombaynların sayının artmasıdır. Bu ilin ilk yarımilində ötən ilin eyni dövründə olduğundan 3 dəfə artıq kombayn satılıb. Bu da əlverişli satış şərtlərinin yaranmasının göstəricisidir”.
Aytən Zəhra
Azvision.az