Şəkidə xəsarət alanların son vəziyyəti açıqlandı

   Şəkidə xəsarət alanların son vəziyyəti açıqlandı
  17 İyul 2019    Oxunub:1903
Şəki Xan Sarayının qarşısındakı Xan çinarının budağının aşması nəticəsində xəsarət alanlar müalicəsini davam etdirir.

Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Şəki MMRX-da müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.
Bildirilib ki, Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədən palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb. İ.Məmmədovun vəziyyəti orta-ağır stabildir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Şəki   Yaralı   Səhiyyə  





Xəbər lenti