FHN gücləndirilmiş iş rejiminə keçir

   FHN gücləndirilmiş iş rejiminə keçir
  18 İyul 2019    Oxunub:1925
20-28 iyul 2019-cu il tarixlərində Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar təhlükəsizliyin aidiyyəti üzrə təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq.
FHN-dən Azvision.az -a verilən məlumata görə, oyunların keçiriləcəyi idman obyektlərində və ətrafında, qonaqların yerləşəcəyi otellərdə, habelə insanların kütləvi toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin qarşısının çevik alınması, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi məqsədilə nazirliyin aidiyyəti qüvvə və vasitələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bununla bağlı müvafiq əmr imzalayıb.

Azvision.az




Teqlər: FHN   Gücləndirilmişiş  





Xəbər lenti