XİN Ərbildə türk diplomatlarına hücumu pisləyib

  18 İyul 2019    Oxunub : 734
 XİN Ərbildə türk diplomatlarına hücumu pisləyib
“İraqın Ərbil şəhərində törədilən silahlı hücum nəticəsində həyatını itirən türkiyəli həmkarlarımıza Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk. Baş vermiş hücumu isə kəskin şəkildə pisləyirik”.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin iyulun 18-də Ərbildə baş vermiş silahlı hücumla bağlı yaydığı bəyanatda bildirilib.

Qeyd edək ki, ötən gün İraqın Ərbil şəhərində restorana silahlı hücum nəticəsində Türkiyə konsulluğunun 3 əməkdaşı şəhid olub.



Azvision.az

Teqlər: XİN   Ərbil